Laminat, yoxsa taxta döşəmə?

Laminat, yoxsa taxta döşəmə?Laminat deyərkən ilk öncə ofislərdəki, üstündə gəzəndə qəribə "səs" edən yer örtüyü ağlımıza gəlir. Amma bu, əslində köhnə stereotipdir. Sözsüz ki, laminatın "səs" etməsi onun düzgün quraşdırılmaması və keyfiyyətsizliyi haqda bəhs edir. İkinci stereotip laminatın ekoloji cəhətdən təhlükəli olmasıdır ki, bu da bir cəfəngiyatdır. Çünki laminatla bərabər istənilən digər materiallarında keyfiyyətli və keyfiyyətsiz variantlar var. Bəs laminat haqda düşünərkən əsas nəyi bilməliyik?
İlk öncə prioritetləri düzgün qurmalıyıq. Əgər biz tez bir zamanda montaj və demontaj (misal üçün su sızması halında) olunan, cızılmağa və tədricən solmağa davamlı (xüsusən uşaqlı ailələrə), çoxlu rəng və model seçiminə üstünlük veririksə, o zaman laminat ən ideal variantdır.
Laminat seçərkən bu xüsusiyyətlərdən savayı, onun sinfinə və qalınlığına diqqət yetirmək lazımdır. Laminatın sinfi onun üst səthinin nə qədər sərt və davamlı olması haqda bəhs edir. Adətən 30, 31, 32, 33 və nadir hallarda 34-cü sinfə rast gəlmək olar. Sinif nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Qalınlıq lövhənin ümumi qalınlığı deməkdir, bu da 7, 8, 10 və 12 mm qalınlıq deməkdir.
Taxta döşəmə
Hamımızın tanıdığımız və bildiyimiz taxta pol müxtəlif şam ağaclarının növlərindən hazırlanır. Həmin şam ağacları müxtəlif olduğu kimi, həmin döşəmə taxtalar da öz keyfiyyəti ilə fərqlənir.
Stereotip 1. Taxta döşəmə aşağı keyfiyyətli yer örtüyüdür. Əslində bu, belə deyil, çünki hazırlanmasında təbii ağac massivi istifadə olunub, bu da həmin materialı çox keyfiyyətli edir, yetər ki ağacın özü keyfiyyətli olsun.
Stereotip 2. Taxta pol tədricən "səs" etməyə və aralanmağa başlayır. Taxta döşəmə özü "səs" edə bilməz, altındakı laqalar "səs" edir, bu da taxta döşəmənin deyil, məhz montajın problemidir. Döşəmənin aralanması da onun keyfiyyətsiz montaj olunması haqda bəhs edir.
Taxta döşəmə universal yer örtüyü növü deyil, bu səbəbdən onu bütün təmir üslublarına tətbiq etmək olmur. Loft, Minimalizm və müəyyən hallarda Şale üslublarında işlətmək olar.

Tarix: 9 Jan 2022 | Baxılıb: 1227

Oxşar xəbərlər

Plastik pəncərənin xüsusiyyətləri

Plastik pəncərənin xüsusiyyətləri

Yeni pəncərələr üçün profil sistemi növünün seçilməsi yalnız sizin estetik tələblərinizə cavab verməklə yanaşı, həm də məhsulların texniki xüsusiyyətlərinə əsaslanmalıdır. Plastik və alüminium arasında bir çox fərqlər vardı

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir

Karqo xidmətindən istifadə qaydası

Karqo xidmətindən istifadə qaydası

Son dövrdə insanlarda xaricdən məhsulların alınmasına maraq olduqca artdığından, daşınma ilə məşğul olan şirkətlərin sayı da günbəgün artır. Xaricdən sifariş etmək üçün müəyyən mərhələlərdən keçməliyik. Bunlar aşağıdakılardır:

Evakuator xidmətinin üstünlükləri

Evakuator xidmətinin üstünlükləri

Evakuator xidmətləri müasir avtomobil sənayesinin mühüm aspektidir. Evakuator xidməti təmirə, bərpaya və ya başqa yerə daşınmağa ehtiyacı olan nəqliyyat vasitələrinin sürətli və səmərəli daşınmasını təmin etmək üçün nəzərd

Ariston ustası seçərkən nələrə fikir verməlisiniz?

Ariston ustası seçərkən nələrə fikir verməlisiniz?

Ariston ustasının düzgün seçilməsi qızdırıcı məhsullarınızın düzgün quraşdırılmasını, saxlanmasını və təmir olunmasını təmin etmək üçün əsas amildir. Ariston yüksək keyfiyyətli istilik, isti su və bərpa olunan enerji həllər

Domofon seçmədən öncə nələri bilməlisiniz?

Domofon seçmədən öncə nələri bilməlisiniz?

Hazırda evlərimizə aldığımız hər şeydə axtardığımız ən vacib xüsusiyyət onun kifayət qədər funksional olması və bizim təhlükəsizliyimizi təmin etməsidir. Təhlükəsizlik dedikdə isə ilk öncə domofonlar barədə düşünməli olduğunuz

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-lərin menyuları fərqli çeşidlər təklif edir və tez-tez yenilənir. Ən yeni tətbiqetmələri və oyunları cib telefonunuzun onlayn mağazasındakı kimi Smart TV menyusunda tapa bilərsiniz. Smart TV-yə baxmaq üçün Smar

İP domofonlarla analoq domofonların müqayisəsi

İP domofonlarla analoq domofonların müqayisəsi

Son zamanlar evlərdə təhlükəsizlik məqsədiylə istifadə olunan cihazların sayı kəskin sürətdə artmaqdadır. Texnologiyanın inkişafı ilə bu cihazların evlərdə, iş yerlərində tətbiqi çox geniş yayılmışdır. Kamera müşahidə sistemləri

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

Ağıllı ev sistemləri evinizdə və ya iş yerinizdə təhlükəsizliyi təmin etmənin, rahatlığı yaşamanın və enerji səmərəsindən faydalanmağın ən ağıllı və praktik yoludur. Ağılınıza gələ biləcək bütün cihazlar tək bir platform


tezbazar.az kurslar soyuducu ustasi arenda masinlar yuk dasima xidmeti evakuasiya ustalar parket ustasi ayiq surucu xidmeti mebeller masaj