Kateqoriya
Axtar
Şəhər
Qiyməti

Hotel sifarişi

Hostel Forrest

2 nəfərlik,3 nəfərlik,4 nəfərlik otaqlar mövcuddur HOSTEL FORREST LƏNKƏRAN ŞƏHƏRİNDƏ İSGƏNDƏR SƏMƏDZADƏ 54A ünvanında yerləşir

12 Azn
Qalaaltı Hotel Şabran

Qalaaltı Hotel Şabran "Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksidir. Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz

955 Azn
Qubad Koteclər

Ailəvi İstirahət Mərkəzi, Füsünkar Təbiət,Sıx Meşənin içində 3 otaqlı 5 nəfərlik Koteclər, Göl, Stadion,Baseyin,Bisetkalar,YaşılMeşə,Piknik üçün super şərayit,Milli mətbəx,Gözəl istirahət,Müxtəlif Əyləncələr, Musiqi və

70 Azn
Hotel sifarişi 2023

Salam otel sifaris veririk nermanov 28 may genclik bu erazilerde buyuu whatsapda elaqe saxlayin lazim olarsa

40 Azn
Digər elanlar

Hotel sifarişi

Hotel sifarişi üçün ən doğru ünvan Xidmetler.az saytıdır!
İş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələlərdən biri yerləşmədir. Otel seçərkən diqqətli olmaq lazımdır. Bu məsələdə çətinlik çəkirsinizsə, Xidmetler.az saytından faydalanın. Bunun üçün "Turizm xidmətləri" kateqoriyasına daxil olmalı, ardınca isə "Hotel sifarişi" alt-bölməsinə keçid etməlisiniz. Axtardığını asanlıqla tap az vaxtın getsin.
Hotel sifarişi qiymeti ilə maraqlanırsınızsa, deməli, doğru ünvandasınız. Elanlarda hotel sifarisi qiymetleri qeyd olunub. Ucuz hotel sifarişi xidmeti üçün saytımıza daxil olun.
Oteldə qalma qiymətinə sadəcə səhər yeməyinin daxil olduğu konsept - Bu o deməkdir ki, səhər yeməyindən başqa oteldə sifariş etdiyiniz bütün yemək və içkilələr üçün əlavə ödəniş etməlisiniz. Əgər otağınızda içərisi dolu soyuducu varsa, siz ondan çox rahatlıqla istifadə edə bilərsiniz, amma nəzərə alın ki, oteli tərk etdikdə bu hesabın ödənilməsi sizdən tələb olunacaq.
Yarım pansiyon - Bu konsepsiyanın qiymətinə səhər və axşam yeməyi daxildir. Bəzən turistlər səhər yeməyindən sonra oteli tərk edir və bir də gecələmək üçün qayıdır. Ona görə də otel sifarişi zamanı məhz Yarım Pansion konseptini seçirlər. Səhər və axşam yeməyindən başqa, otelin təqdim etdiyi bütün yemək və içkilər üçün əlavə ödəniş edilir.
Tam pansiyon və tam pansiyon plus - Tam Pansiyon dedikdə səhər, nahar və axşam yeməyi qonaqlama qiymətinə daxil edilir. Tam Pansiyon Plusda isə səhər, nahar, şam yeməyi ilə yanaşı oteldən alınan alkoqolsuz içkilərin də qonaqlama qiymətinə daxil olduğu konseptir. Bir sözlə hər şey daxil qonaqlamanın bir alt konseptidir. Bu konseptə hər oteldə yoxdur və daha çox qış turizm komplekslərində rast gəlinir. Tam Pansiyon Plus konsepsiyanı sifariş etməyə qərar verdikdə, turizm agentliyindən və ya oteldən tam pansiyon xidmətinə nələrin daxil olduğunu və hansı müddətdə pulsuz təklif edildiyini öyrənməyiniz məsləhətdir. Çünki, hər bir otelin bu konseptdə xidməti fərqli ola bilər.
Hər şey daxil qonaqlama - Böyük və çox ulduzlu otellərdə ən çox istifadə olunan konsepsiyadır. Hər şey daxil sistemi oteldə qalmaq, yemək və içmək deməkdir. Yəni gündə 3 dəfə qidalanmadan tutmuş, gün ərzində sərinləşdirici, həmçinin alkoqollu içkilər, çay və qəlyanaltı oteldə qalma qiymətinə daxil edilir. Bundan başqa otelin bəzi əlavə xidmətləri də konsepsiyaya daxil edilir. Məsələn, idman zalı, spa və s.
Xidmetler.az saytında gedəcəyiniz bölgədə və ya xarici ölkədə ən sərfəli qiymətlə otellər təklif edilir. Hansı ki, həmin oteli siz yerində burada sizə təklif olunan qiymətdən 50% bahasına almış olursunuz. Həmçinin Bookingdən otel almağa ehtiyac yoxdur. Bookingdə gördüyünüz qiymətin 30%-i qədər ucuzuna biz sizə həmin oteli güvənli şəkildə təşkil edə bilərik.

tezbazar.az kurslar arenda masinlar yuk dasima xidmeti soyuducu ustasi avropa turlari мастер по ремонту холодильников metlax ustasi kondisioner usta mebeller masaj