Parketin növləri arasındakı fərqlər

Parketin növləri arasındakı fərqlərKlassikanı sevənlər və konservatorlar üçün ən maraqlı mövzu yer örtüyüdür və bu sözsüz ki, onlar üçün parket deməkdir. Amma parket döşəmək haqda düşünürsünüzsə, bilməli olduğunuz məqamlar var.
Hazırda bazarda 3 parket növü var: əsrlər boyu istifadə olunan ədədli xam parket, parket lövhəsi və massiv parket.
Xam parket ötən əsrin əvvəlindən belə istifadə olunur və artıq bir neçə nəsillərin rəğbətini qazanmış bir yer örtüyüdür. Bu səbəbdən də mənzil alanda və ya satanda ilk olaraq qürurla vurğulanan məqam "Yer parketdir" ifadəsi heç də təsadüf deyil, çünki məhz həmin yer örtüyü qiymətə təsir edən əsas amildir. Amma bu gözəllik də "qurbanlar" tələb edir: xüsusi diqqət, baxım və təmizləmə üsulları, 10 ildən bir yenidən cilalanma və yenidən dolğu və lak vurulma. Cızıqların görsənməməsi üçün də parlaq deyil, məhz mat istifadə olunması tövsiyə olunur. Əsasən fıstıq və ya palıd parketlərdən istifadə olunur, sözsüz ki, palıd ağacı fıstıq ağacı ilə müqayisədə daha möhkəm və etibarlıdır.
Parketlər 6 cür olur: 5, 4, 3, 2, 1 və əla növ. Növlər keyfiyyəti ilə deyil, məhz rəngi və ornamenti ilə fərqlənirlər. Yəni 5-ci növ müxtəlif rəngli bir yer örtüyü, əla növ isə bir tonlu, eyni rəngdə, eyni ornamentdə rəssam tərəfindən ideal çəkilmiş bir rəsm əsəri kimi yer örtüyü deməkdir. Bu yer örtüyünü seçən müştərilər adi təmirə sərf olunan müddətdən 14 gün daha çox vaxt sərf edəcəklər, bu, parketin montajı, cilalanması, dolğunun və lakın quruması ilə əlaqədardır.
Parket lövhəsi parketlə laminatın qarışığıdır, belə ki, üst səthi qiymətli təbii ağac növündən, alt hissəsi isə laminatda olduğu kimi presslənmiş DSP materialından ibarətdir. Laminatda olduğu kimi, kilid sistemi ilə montaj olunur, yüksək keyfiyyətli və uzunömürlü bir yerörtüyüdür.
Massiv parket bütövlükdə təbii ağacdan hazırlanır və xam parketdə olduğu kimi, üst qatı digər yer örtükləri ilə nisbətdə bir qədər zərifdir və bu səbəbdən də massiv parketin xüsusi diqqət, baxım və təmizlənməyə ehtiyacı var.

Tarix: 9 Jan 2022 | Baxılıb: 1382

Oxşar xəbərlər

Vanna otağının təmiri hansı ardıcıllıqla edilməlidir?

Vanna otağının təmiri hansı ardıcıllıqla edilməlidir?

Vanna otağının təmir işləri tikinti materiallarının keyfiyyəti və işin icra keyfiyyəti nəzərə alınmaqla bütün tələblərə uyğun olaraq həyata keçirilməlidir. Keyfiyyətsiz tikinti materialların istifadəsi möhkəmliyinin zəifləməsi

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?. Saç tökülməsinin mümkün səbəbləri:. Stress (əsəbilik). Vitaminsizlik. Hamiləlik və südvermə dövrü. Hormonal pozulma. Əgər sizdə əsə

Karqo xidmətindən istifadə qaydası

Karqo xidmətindən istifadə qaydası

Son dövrdə insanlarda xaricdən məhsulların alınmasına maraq olduqca artdığından, daşınma ilə məşğul olan şirkətlərin sayı da günbəgün artır. Xaricdən sifariş etmək üçün müəyyən mərhələlərdən keçməliyik. Bunlar aşağıdakılardır:

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini ilk öncə onun dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizaynın nəzərdə tutduğunuz büdcəni aşmaması üçün kiçik nüansları dəqiq araşdırmalısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə

Hər fəsildə zövq verən cambalkonlar

Hər fəsildə zövq verən cambalkonlar

Cambalkon dedikdə, ərçivəsiz şüşələnmə nəzərdə tutulur. Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir. Cambalkon sistemlərində istifadə edilən bütün şüşələr zərbəyə davamlı (temperli) şüşə olub

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası aparat əməliyyatları arasında son zamanlar geniş yayılıb. Şəhərin bütün gözəllik salonlarında lazer epilyası əməliyyatlarının reklamları ilə qarşılaşmaq mümkündür. Bununla yanaşı, gözəllik salonlarını

Laminat, yoxsa taxta döşəmə?

Laminat, yoxsa taxta döşəmə?

Laminat deyərkən ilk öncə ofislərdəki, üstündə gəzəndə qəribə "səs" edən yer örtüyü ağlımıza gəlir. Amma bu, əslində köhnə stereotipdir. Sözsüz ki, laminatın "səs" etməsi onun düzgün quraşdırılmaması v

Duş kabinalarının növləri və qiymətləri

Duş kabinalarının növləri və qiymətləri

Duş kabinaları vanna otağına dekorativ görünüş verən, həmçinin duş qəbulu zamanı yarana biləcək su sıçramasının qarşısını alan və isti havanı saxlayan aparıcı funksional hamam məhsullarından biridir. Bu gün demək olar ki

Xarici dil öyrənməyin qazandırdığı üstünlüklər

Xarici dil öyrənməyin qazandırdığı üstünlüklər

Xarici dil öyrənmək üçün qərar vermədən öncə mütləq edilməsi gərəkən bir iş var. Motivasiya mənbəyinizi tapmaq. Yəni siz dili öyrənmə səbəbinizi müəyyən etməli, bu dilin sizə verə bilcəyi töhfə və faydalarını daim xatırlamalısınız


tezbazar.az kurslar usta xidmeti arenda masinlar paltaryuyan ustasi установка душевой кабины servis xidmeti qabyuyan ustasi ariston servis mebeller masaj