
Istanbul turu
İstanbul qrup turu ilə Türkiyənin tarixi və məşhur məkanlarını kəşf edin. Səyahət 4 gecə, 5 gün davam edir. Qiymətlər 565$-dan başlayır. Tur paketinə daxildir - Gediş-dönüş aviabileti, 8-10 kq əl yükü və transfer. -
Budapeşt, Vyana və Praqa turu ilə Avropanın üç paytaxtını kəşf edin. Tarixi küçələr, memarlıq abidələri və şəhər gəzintiləri ilə zəngin səyahət sizi gözləyir. Tur 7 gecə, 8 gün davam edir. Turun qiyməti - 1 nəfər üçün
Doha turu ilə Qətərin müasir şəhər həyatı, hündür göydələnləri və gözəl sahilləri ilə tanış olun. Səhra gəzintiləri, ərəb mətbəxi və alış-veriş məkanları səfəri daha maraqlı edir. Ailəvi, romantik və fərdi istirahət
Özbəkistan qrup turu ilə Daşkənd, Buxara və Səmərqənd şəhərlərini kəşf edin. Qızıl Marşrut tarixi abidələr, qədim mədrəsələr və maraqlı gəzintilərdən ibarətdir. Tur Paketləri - 5 gecə 6 gün - 999$ - Yeni il paketi, 6
999 Azn- * * Maldiv turu ilə ağ qumlu çimərliklərdə və təmiz dəniz sahilində istirahət edə bilərsiniz. Səyahət paketinə aviabilet, otel və digər əsas xərclər daxildir. Kreditlə ödəniş imkanı da mövcuddur. - Tur
239 AznXidmetler.az-da İstanbulun tarixi və əhəmiyyətini, görməli yerlərini, tur qiymətlərini və səyahət zamanı bilməli olduğunuz əsas məqamları öyrənəcəksiniz.
İstanbulda görməli yerlər
Ayasofya İstanbulun ən güclü simvollarından biridir və burada diqqəti ilk çəkən şey miqyasdır. İçəri daxil olanda tavanın hündürlüyü, günbəzin ölçüsü və detallardakı incəlik gğz qamaşdırır. Bu tikili həm kilsə, həm məscid kimi istifadə olunub. Sultan Əhməd məscidi xarici görünüşü ilə diqqət çəkir, amma əsas təsir daxildə hiss olunur. Mavi rəngli çini işləmələri məscidə fərqli atmosfer verir. Gün ərzində işıq pəncərələrdən daxil olduqca məkanın görünüşü dəyişir. Topqapı Sarayı Osmanlı idarəçiliyinin mərkəzi olub və bu gün də həmin sistemin necə işlədiyini hiss etdirmək gücündədir. Saray bir binadan ibarət deyil, bir neçə həyət və bölmədən ibarətdir. Hər hissənin öz funksiyası olub və bu quruluş dövrün idarəetmə modelini göstərir.Qalata Qülləsi şəhəri anlamaq üçün ən yaxşı nöqtələrdən biridir. Yuxarı qalxdıqda İstanbulun necə qurulduğu açıq şəkildə görünür. Köhnə şəhər, yeni tikililər və su xətti bir panoramda birləşir. İstanbul Boğazı üzərində gəmi ilə hərəkət edərkən şəhərə baxış tam dəyişir. Qurudan gördüyün binalar su üzərindən fərqli görünür. Sahil boyunca uzanan saraylar, evlər və körpülər İstanbulun yalnız mərkəzdən ibarət olmadığını göstərir
İstanbul turlarının qiyməti
Xidmetler.az-da sadə paketlərdə əsasən nəqliyyat və qısa proqram olur və qiymətlər təxminən 150-250 AZN aralığında dəyişir. Orta səviyyəli paketlərdə otel, səhər yeməyi və daha geniş proqram daxil olur. Bu zaman qiymət 300-600 AZN civarında olur. Premium seçimlərdə isə yüksək komfort, fərdi yanaşma və əlavə xidmətlər təqdim edilir və qiymətlər 700 AZN-dən başlayır.İstanbul səyahəti zamanı faydalı məsləhətlər
İstanbul böyük və hərəkətli şəhərdir, ona görə planlı hərəkət etmək vacibdir. Rahat ayaqqabı seçin, çünki çox gəzəcəksiniz və yollar bəzən yoxuşlu olur. Gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirin ki, vaxt itirməyəsiniz. İstanbul metrosu və İstanbulkart istifadə etmək daha rahat və sərfəlidir. Çünki sıxlıq səbəbindən taksi hər zaman məqsədəuyğun deyil.Yanınızda müəyyən qədər nağd pul saxlamaq faydalıdır. Yemək seçərkən daha çox istifadə olunan və təmiz məkanlara üstünlük verin. Alış-veriş zamanı qiymətləri müqayisə edin və izdihamlı yerlərdə əşyalarınıza diqqət edin. Telefonunuzda xəritə tətbiqləri istifadə etmək və ara-sıra fasilə vermək isə səyahətinizi daha rahat və yorulmadan keçirməyə kömək edəcək.





