Peşəkar Memarlıq və Tikinti Layihələndirmə
Elan kodu: 180723Kateqoriya Kurslar və Təlimlər
Peşə hazırlıq kursları
Qiymət 400 Azn
Mövcud tikiliyə (fərdi yaşayış evi, qeyri-yaşayış obyekti) çıxarış (kupça) almaq və ya tikintiyə başlamaq üçün icazə əldə etmək məqsədilə tələb olunan eskiz və memarlıq-planlaşdırma layihələrinin hazırlanması yolları tədris olunur. Kurs proqramı aşağıdakı mövzuları əhatə edir:
Mövqe planı və baş planın hazırlanması prinsipləri;
Binanın planı, görünüşləri və kəsiyinin çəkilməsi qaydaları;
Layihə standartları, tikinti normativləri və qaydaları, həmçinin bu proseslərdə istifadə olunan kompüter proqramları;
AutoCAD və Google Earth proqramlarının tikinti planlaşdırmasında istifadəsi.
Tədris müddəti: 1 ay
Dərslərin keçirilməsi: Həftədə 2 dəfə, hər biri 90 dəqiqə olmaqla, uyğun saatlarda təşkil olunur.
Əlavə dəstək: Kurs ərzində tələbələrə lazım olan metodik dəstək göstərilir.
Tarix: 08.01.2025