Xocalı-Xankəndi turu
Elan kodu: 189544Kateqoriya Turlar, Turizm
Daxili turlar
Qiymət 129 Azn
Bakı şəhəri
Qarabağın tarixi və mədəni məkanlarını əhatə edən bu səfər proqramında Xankəndi, Şuşa, Laçın, Ağdam, Əsgəran, Xocalı, Zəngilan və Cəbrayıl istiqamətləri üzrə geniş gəzinti təşkil olunur. Komfortlu nəqliyyat, hotellərdə yerləşmə və peşəkar bələdçi xidməti ilə iştirakçılar bölgənin fərqli nöqtələrini yaxından tanımaq imkanı əldə edir. Paket daxilində səhər yeməkləri və portal qeydiyyatı da təmin olunur.
Səfər proqramı
- Şuşada Cıdır düzü, Şuşa qalası və Natəvan bulağına ziyarət
- Xankəndi şəhər gəzintisi və Xocalı hava limanı ilə tanışlıq
- Laçında Həkəri çayı sahili, Seyrangah və Zabux kəndi marşrutu
Hotellər
- Şuşa Hotel 5 ulduz - 169 AZN
- Qarabağ Hotel və Çinar Hotel 4 ulduz - 139 AZN
- Cahan Hotel 4 ulduz - 129 AZN
Paketə daxil olan xidmətlər
- Oteldə gecələmə və 2 dəfə səhər yeməyi
- Komfortlu nəqliyyat xidməti
- Portal qeydiyyatı və bələdçi xidməti
Gəzinti məkanları
- Ağdam Cümə Məscidi və Əsgəran qalası
- Bülbülün ev muzeyi və Üzeyir Hacıbəylinin heykəli
- Zəngilan Ağalı kəndi və Cəbrayıl ərazisində yeni qurulan yaşayış məntəqələri
İştirak şərtləri
- 3 yaşa qədər bir uşaq ailə ilə ödənişsiz qoşula bilər
- Qiymət 2 nəfərlik otaqda bir nəfər üçün hesablanır
- Hava şəraitinə uyğun olaraq proqramda dəyişiklik edilə bilər
Tarix: 07.05.2026




