Hotel seçərkən bunları bilməlisiniz

Hotel seçərkən bunları bilməlisinizİş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələlərdən biri yerləşmədir. Hotel seçərkən qarşımıza anlamadığımız terminlər, suallar çıxır ki, bu anlayışların nə demək olduğunu çox vaxt bilmirik.
Otaq+Səhər yeməyi - Oteldə qalma qiymətinə sadəcə səhər yeməyinin daxil olduğu konsept. Bu o deməkdir ki, səhər yeməyindən başqa oteldə sifariş etdiyiniz bütün yemək və içkilələr üçün əlavə ödəniş etməlisiniz. Əgər otağınızda içərisi dolu soyuducu varsa, siz ondan çox rahatlıqla istifadə edə bilərsiniz, amma nəzərə alın ki, oteli tərk etdikdə bu hesabın ödənilməsi sizdən tələb olunacaq.
Yarım Pansiyon - Bu konsepsiyanın qiymətinə səhər və axşam yeməyi daxildir. Bəzən turistlər səhər yeməyindən sonra oteli tərk edir və bir də gecələmək üçün qayıdır. Ona görə də otel sifarişi zamanı məhz Yarım Pansion konseptini seçirlər. Səhər və axşam yeməyindən başqa, otelin təqdim etdiyi bütün yemək və içkilər üçün əlavə ödəniş edilir.
Tam Pansiyon ve Tam Pansiyon Plus - Tam Pansiyon dedikdə səhər, nahar və axşam yeməyi qonaqlama qiymətinə daxil edilir. Tam Pansiyon Plusda isə səhər, nahar, şam yeməyi ilə yanaşı oteldən alınan alkoqolsuz içkilərin də qonaqlama qiymətinə daxil olduğu konseptir. Bir sözlə hər şey daxil qonaqlamanın bir alt konseptidir. Bu konseptə hər oteldə yoxdur və daha çox qış turizm komplekslərində rast gəlinir. Tam Pansiyon Plus konsepsiyanı sifariş etməyə qərar verdikdə, turizm agentliyindən və ya oteldən tam pansiyon xidmətinə nələrin daxil olduğunu və hansı müddətdə pulsuz təklif edildiyini öyrənməyiniz məsləhətdir. Çünki, hər bir otelin bu konseptdə xidməti fərqli ola bilər.
Hər şey daxil qonaqlama - Böyük və çox ulduzlu otellərdə ən çox istifadə olunan konsepsiyadır. Hər şey daxil sistemi oteldə qalmaq, yemək və içmək deməkdir. Yəni gündə 3 dəfə qidalanmadan tutmuş, gün ərzində sərinləşdirici, həmçinin alkoqollu içkilər, çay və qəlyanaltı oteldə qalma qiymətinə daxil edilir. Bundan başqa otelin bəzi əlavə xidmətləri də konsepsiyaya daxil edilir. Məsələn, idman zalı, spa və s. Qeyd edək ki, hər şey daxil sistemində içkilərdən istifadə edilməsi otellərə görə dəyişə bilir. Belə ki, bəzi otellərdə türk qəhvəsi və təzə sıxılmış meyvə sularına görə əlavə ödəniş tələb oluna bilər.
Ultra hər şey daxil - Bu konsepsiya çox ulduzlu böyük otellərdə tətbiq olunur. Oteldən ayrılmadan tətil etmək istəyənlər bu cür otellərə üstünlük verirlər. Ultra Hər Şey Daxil qonaqlama sistemində gündə 3 dəfə qidalanma, gün ərzində sərinləndirici, həmçinin, yerli və xarici alkoqollu içkilər, çay və qəlyanaltı oteldə qalma qiymətinə daxil edilir. Hər Şey Daxil konsepsiyası ilə Ultra Hər Şey Daxil konsepsiyası arasındakı fərq isə o qədər də böyük deyil. Belə ki, Ultra hər Şey Daxil qonaqlama xidmətində turistlərə 24 saat ərzində günün istənilən vaxtı heç bir əlavə ödəniş etmədən yemək və içki sifarişi ilə yanaşı mini bar kabinetdə ödənişsiz olaraq ayrılır. Ultra Hər Şey Daxil otel xidmətinə "Deluxe Hotel" da deyilir.
Sadəcə otaq - Yəni qiymətə yalnız otaqdan istifadə daxildir. Müştəri digər xidmətlər üçün əlavə ödəniş etməlidir.
Resort hotel - "Resort" termini hotellər tərəfindən istifadə edilir və "Tətil kəndi" mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort hotellər üçün də keçərlidir.
Tətil kəndi - Müxtəlif otel xidmətlərinin olması deməkdir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur.
Hostel - Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz qonaqlama yerləri təklif edən, bir, yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik hoteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir.
Bungalov - Müəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur.

Tarix: 8 Jan 2022

Oxşar xəbərlər

Elektrik ustası hansı xidmətləri göstərir?

Elektrik ustası hansı xidmətləri göstərir?

Elektrik sistemində yaranan nasazlıqların düzgün qiymətləndirilməsi və peşəkar müdaxilə ilə aradan qaldırılması həm təhlükəsizlik, həm də avadanlıqların stabil işləməsi üçün vacibdir. Elektrik işləri yalnız naqil çəkmək v

Kanalizasiya təmizləmə xidməti seçərkən diqqət edilməli 8 məqam

Kanalizasiya təmizləmə xidməti seçərkən diqqət edilməli 8 məqam

Kanalizasiya sistemində yaranan tıxanmalar həm məişət rahatlığını pozur, həm də ciddi texniki problemlərə səbəb ola bilər. Belə hallarda peşəkar kanalizasiya ustası xidməti seçmək problemin kökündən həll olunması üçün vacibdir

Fərdi səyahət planı ilə hazır tur paketi arasındakı 5 fərq

Fərdi səyahət planı ilə hazır tur paketi arasındakı 5 fərq

Səyahət planlaşdırarkən insanlar adətən fərdi səyahət planı hazırlamaq və ya hazır tur paketi almaq arasında seçim edirlər. Hər iki yanaşmanın öz üstünlükləri və çatışmazlıqları var və seçim şəxsi gözləntilərdən, büdcədə

Tədbir dekorasiyası tədbirin dəyərini necə artırır?

Tədbir dekorasiyası tədbirin dəyərini necə artırır?

Hər bir detalın öz yerində və ahənglə düşünüldüyü bir məkana daxil olduqda insan istər-istəməz özünü daha dəyərli və önəmli hiss edir. Məhz buna görə tədbir dekorasiyası yalnız estetik görüntü yaratmaq üçün deyil, tədbiri

Təmir Xidmətlərində Keyfiyyəti Necə Qiymətləndirmək Olar?

Təmir Xidmətlərində Keyfiyyəti Necə Qiymətləndirmək Olar?

Təmirə başlamazdan öncə və təmir zamanı göstərilən xidmətin keyfiyyətini düzgün qiymətləndirmək gələcəkdə qarşılaşa biləcək problemlərin qarşısını almağa kömək edir. Əgər seçdiyiniz ev təmir tikinti xidməti yüksək keyfiyyətl

Ucuz evakuator xidməti seçərkən risklərdən necə qorunmalıyıq?

Ucuz evakuator xidməti seçərkən risklərdən necə qorunmalıyıq?

Avtomobil yolda qalanda insanın ilk ağlına ucuz həll yolu tapmaq olur. O an əsas məqsəd maşını təhlükəsiz yerə çatdırmaqdır. Amma sonradan başa düşürük ki, təkcə qiymətə baxmaq hər zaman ən doğru seçim deyil. Evakuator xidmət

Kanalizasiya açma xidmətinin 7 ən vacib üstünlüyü

Kanalizasiya açma xidmətinin 7 ən vacib üstünlüyü

Evdə və ya obyektlərdə yaranan kanalizasiya tıxanıqlığı həm rahatlığı pozur, həm də ciddi gigiyenik problemlərə səbəb olur. Xüsusilə, mətbəx və sanitar qovşaqlarda suyun geri qayıtması, pis qoxu və borulardan gələn səs kim

Kanalizasiya tıxanmasının qarşısını alan 7 addım

Kanalizasiya tıxanmasının qarşısını alan 7 addım

Kanalizasiya tıxanması həm evlərdə, həm də obyektlərdə tez-tez rast gəlinən və ciddi narahatlıq yaradan problemlərdən biridir. Bu cür problemlər, adətən, vaxtında görülməyən tədbirlər və düzgün olmayan istifadə nəticəsind

Çap məhsullarında kağız növünün marka imicinə təsiri varmı?

Çap məhsullarında kağız növünün marka imicinə təsiri varmı?

Müasir marketinq və brendinq dünyasında vizual ünsiyyət markaların istehlakçılarla əlaqə qurmasında əsas rol oynayır. Rəqəmsal platformaların sürətlə inkişaf etməsinə baxmayaraq, çap xidmətləri hələ də marka kimliyinin formalaşdırılmasınd


tezbazar.az kurslar yuk dasima xidmeti paltaryuyan ustasi soyuducu ustasi yumsaq mebellerin temiri foto xidmeti kondisoner ustasi paltayuyan ustası mebeller lalafo yük daşıma