Pilatesə başlamağınız üçün 10 səbəb

Pilatesə başlamağınız üçün 10 səbəbPilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir. Amma çox insan pilatesə başlamaq haqqında müəyyən qədər tərəddüd edir. Təqdim edəcəyimiz səbəblər sizi pilatesə başlamaq üçün ruhlandıra bilər.
1. Unutmayın ki, pilates bütünlüklə bədəni bərabər şəkildə inkişaf etdirir. Mütəmadi olaraq işləyən əzələlər hər hərəkətdə formaya girir. Pilates hərəkətləri bədəndə olan assimmetrikliyi düzəldir.
2. Atletlər, qayıqçılar, üzgüçülər, qolfçular, gimnastlar, boksçular və demək olar ki, bütün peşəkar idmançılar pilateslə məşğul olurlar.
3. Pilatesə başlamaq heç vaxt gec deyil. Burada yaşın önəmi yoxdur. Yəni, pilatesə görə heç vaxt yaşlı hesab olunmursunuz. Həm də, sağlam və güclü olmağınız da vacib rol oynamır. Pilateslə məşğul olaraq onsuz da, güclənəcək və sağlamlığınıza qovuşacaqsınız.
4. Pilatesin tənəffüs və hərəkət məşqlərilə məşğul olarkən orqanizminizdə qanın hərəkəti sürətlənəcək, qanın düzgün şəkildə əzələlərə, digər orqanlara, sümüklərə və toxumalara getməsinə nail olacaqsınız. Eyni zamanda da ürək və ciyərlər üçün pilates çox vacibdir.
5. Pilateslə mütəmadi məşğul olsanız, onun sayəsində yaxşı nəfəs alacaqsınız və elastikliyiniz artacaq.
6. Pilates sizin özgüvəninizi bərpa edəcək. Stressdən yaxa qurtarmaq üçün də pilates ən yaxşı səbəbdir. Diqqətinizi toplamaq üçün də pilates düzgün seçimdir.
7. Pilateslə məşğul olarkən mütləq bədəninizin səsinə qulaq asın. Heç vaxt sizi narahat edən və ağrı verən hərəkətləri etməyin. Təkcə məşğul olursunuzsa sizin imkanlarınızı qarşılamayacaq hərəkətləri etməyin. Həm də, pilates edərkən müəyyən edilmiş hərəkətlərdən artığını etməyin, bu, sizin əzələləriniz üçün problem yarada bilər.
8. Kreslo ilə ediləcək hərəkətlər sayəsində diz-ayaq biləyində problemi olanlar bu problemləri aradan qaldıra bilirlər.
9. Pilates sayəsində onurğada, bel sümüyündə problemi olanlar, revmatizma kimi xəstəliklərdən əziyyət çəkənlər müalicə oluna bilərlər. Amma öncə həkimlə məsələhətləşmək daha yaxşı olar.
10. Analığa namizəd olanlar mütəmadi olaraq tənəffüslə bağlı pilateslə məşğul olsalar hamiləlik dönəmləri və doğuş zamanı çox rahat ola bilər. Hamiləliyin 3.5-4 aylığında hər şey qaydasında olarsa həkimlə məsləhətləşib pilatesə başlaya bilərsiniz.

Tarix: 8 Jan 2022

Oxşar xəbərlər

Tədbir planlamasında ən çox buraxılan 7 səhv

Tədbir planlamasında ən çox buraxılan 7 səhv

Tədbir planlaması zahirdə asan görünsə də, əslində ciddi diqqət və detallı yanaşma tələb edən bir prosesdir. Kiçik bir səhv belə tədbirin ümumi təəssüratını korlaya və iştirakçıların məmnuniyyətini azalda bilər. Tədbirləri

Müalicəvi masaj xidmətləri kimlər üçün nəzərdə tutulur?

Müalicəvi masaj xidmətləri kimlər üçün nəzərdə tutulur?

Müalicəvi masaj xidməti bədəndə yaranan funksional gərginlikləri azaltmağa, hərəkət keyfiyyətini yaxşılaşdırmağa və müxtəlif narahatlıqların yüngülləşdirilməsinə xidmət edən praktik dəstək üsuludur. Düzgün tətbiq olunduqd

Şəhərdaxili və rayonlararası dəfn maşını xidməti arasında fərqlər nələrdir?

Şəhərdaxili və rayonlararası dəfn maşını xidməti arasında fərqlər nələrdir?

Dəfn maşını seçimi yalnız nəqliyyat məsələsi kimi qiymətləndirilməməlidir. Bu xidmətin təşkili marşrut uzunluğu, avtomobilin texniki imkanları, daşınma şəraiti və mərasimin tələbləri ilə birbaşa bağlı olur. Xüsusilə şəhərdaxil

Ayıq sürücü xidməti nə üçün vacibdir?

Ayıq sürücü xidməti nə üçün vacibdir?

Avtomobil idarə etmək yalnız sükan arxasına keçmək deyil, həm də yüksək diqqət, məsuliyyət və düzgün qərarvermə bacarığı tələb edən ciddi bir prosesdir. Müasir şəhər həyatında insanlar tez-tez yorğunluq, stress və zaman çatışmazlığ

Çap üçün dizayn hazırlayarkən nələrə diqqət edilməlidir?

Çap üçün dizayn hazırlayarkən nələrə diqqət edilməlidir?

Çap məhsulları brendin real dünyada görünən simasıdır və ilk təəssüratın formalaşmasında mühüm rol oynayır. Rəqəmsal dizaynla müqayisədə çap xidmətləri daha çox texniki dəqiqlik tələb edir. Rəng, ölçü, format və fayl quruluşundak

Dəfn Maşını Kirayəsi Zamanı Nələrə Diqqət Etmək Lazımdır?

Dəfn Maşını Kirayəsi Zamanı Nələrə Diqqət Etmək Lazımdır?

Dəfn maşını kirayəsi vida mərasiminin ən vacib hissələrindən biridir. Yaxınını itirən insanlar üçün bu çətin dönəmdə bütün detallara diqqət yetirmək və mərasimin problemsiz şəkildə keçirilməsini təmin etmək önəmlidir. Dəf

Xınayaxdı mərasimi necə planlaşdırılmalıdır?

Xınayaxdı mərasimi necə planlaşdırılmalıdır?

Xınayaxdı mərasimi toy öncəsi keçirilən ən duyğulu və mənalı mərasimlərdən biridir. Bu mərasimdə ailə üzvləri və yaxınlar bir araya gələrək gələcək ailə həyatı üçün xoş arzularını bölüşürlər. Düzgün planlaşdırılmış xınayaxd

Evakuator xidməti seçərkən edilən 6 səhv

Evakuator xidməti seçərkən edilən 6 səhv

Avtomobil nasazlığı və ya qəza vəziyyəti hər bir sürücünün gözləmədiyi anda qarşısına çıxa bilən bir haldır. Belə məqamlarda düzgün evakuator xidməti seçmək həm avtomobilin təhlükəsizliyi, həm də şəxsi büdcə baxımından böyü

Evakuator xidməti haqqında bilməli olduğunuz 6 məqam

Evakuator xidməti haqqında bilməli olduğunuz 6 məqam

Avtomobil sahibi olan hər kəs həyatının müəyyən bir mərhələsində evakuator xidmətinə ehtiyac duya bilər. Bəzən qəfil nasazlıq, bəzən yol qəzası, bəzən isə sadəcə avtomobilin hərəkət edə bilməməsi bu zərurəti yaradır. Bel


tezbazar.az kurslar arenda masinlar soyuducu ustasi usta xidmeti soyuducu təmiri hicama qabyuyan temiri elektrik baku mebeller masaj toyota prius arenda