peşəkar hüquq xidmətləri
Elan kodu: 189845Kateqoriya Hüquq xidmətləri
Qiymət 300 Azn
F.U.C. LEGALCONSULTİNGGROUP MMC
TƏRƏFİNDƏN GÖSTƏRİLƏN HÜQUQ XİDMƏTLƏRİ
Korporativ hüquq xidmətləri üzrə
- Hüquqi şəxslərin, onların filial və ya nümayəndəliklərinin təsis edilməsi;
- Təsis sənədlərində dəyişikliklərin edilməsi;
- Daxili korporativ və təsis sənədlərinin hazırlanması;
- Hazırlanmış təsis sənədlərinin müvafiq qurumlara təqdim edilməsi;
- Hüquqi şəxsin adına bank hesabının açılması üçün sənədlərin hazırlanması və müştərinin hüquqi müşayiət olunması;
- Hüquqi şəxsin müflis elan olunması və ya ləğv edilməsi üçün qanunvericiliyə uyğun olaraq prosedurların həyata keçirilməsi, sənədlərin hazırlanması, müştərilərin hüquqi müşayiət olunması;
- Kargüzarlığın düzgün təşkili üçün köməklik göstərilməsi və s.Müştərilərin məhkəmələrdə müdafiə olunması üzrə hüquqi xidmətlər
- Hüquqi və fiziki şəxslərin tələbləri əsasında qanunverciliyə uyğun olaraq məhkəmə orqanlarında (inzibati, kommersiya, şəhər (rayon)) məhkəmələrində) iddia ərizələrinin yazılması, məhkəmə instansiyalarının aktlarından şikayətlərin (apellyasiya və kassasiya şikayətlərinin) yazılması və məhkəmə orqanlarına göndərilməsində köməklik göstərilməsi;
- Məhkəmə instansiyalarında prosesin istənilən mərhələsindən müştərilərin hüquq və mənafelərinin müdafiə olunması üçün vəkillə təmin olunması;
- Məhkəmə prosesində qanunvericiliyin əsasında etirazların, vəsatətlərin, şikayətlərin yazılması və təqdim olunması;
- Vəkil araşdırmasının həyata keçirilməsi və müştərilərin xeyrinə sübutların toplanması;
- Məhkəmə aktlarının icrasının həyata keçirilməsinə nəzarətin təşkil olunması və s.
Ailə hüququ xidmətləri üzrə
- Nikah müqavilələrinin hazırlanması, hazır müqavilələrə hüquqi rəyin verilməsi;
- Nikahın pozulması və ya etibarsız sayılması tələbi olan şəxslərə qanunvericilik əsasında hüquqi məsləhətlərin verilməsi, qarşı tərəflə danışıqlar zamanı müştərilərin hüquq və mənafelərinin müdafiə olunması;
- Nikahın pozulması və ya etibarsız sayılması, birgə əmlakın bölgüsü, uşaqların qəyyumluğunun müəyyən olunması, alimentin miqdarının müəyyən olunması barədə sazişlərin hazırlanması üçün tərəflərə qanunvericilik əsasında hüquqi yardımın göstərilməsi;
- Nikahın pozulması və ya etibarsız sayılması, atalığın müəyyən olunması, uşaqlara qəyyumun müəyyən olunması, valideyinlik hüquqlarından məhrum etmə və ya məhdudlaşdırma, əmlak bölgüsü, alimentin miqdarının müəyyən olunması, azaldılması və ya artırılması üçün məhkəmədə iddiaların qaldırılması, qaldırılmış iddialarda müştərilərin hüquq və mənafelərinin müdafiə olunması;
- Məhkəmə aktlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılımış şikayətlərin yazılması;
- Məhkəmə aktlarının icrasına nəzarətin həyata keçirilməsi və s.
Əmək hüququ xidmətləri üzrə
- Əmək qanunvericiliyi əsasında əmək müqavilələrinin, maddi məsuliyyət müqavilələrinin, kollektiv müqavilələrin, məxfilik müqavilələrinin, əmrlərin, göstərişlərin və digər sənədlərin hazırlanması;
- Əmək fəaliyyəti ilə bağlı sənədləşdirmənin hazırlanması və s
Tarix: 23.05.2026



