Domofon seçmədən öncə nələri bilməlisiniz?

Domofon seçmədən öncə nələri bilməlisiniz?Hazırda evlərimizə aldığımız hər şeydə axtardığımız ən vacib xüsusiyyət onun kifayət qədər funksional olması və bizim təhlükəsizliyimizi təmin etməsidir. Təhlükəsizlik dedikdə isə ilk öncə domofonlar barədə düşünməli olduğunuzu desək, şübhəsiz ki, yanılmarıq. Hal-hazırda onlar müasir texnogen məişətin ayrılmaz tərkib hissəsi hesab olunurlar, hətta bəziləri onun ev infrastrukturunun ideal və ayrılmaz elementi olduğunu düşünürlər.
Domofonların texniki xüsusiyyətləri onların növlərindən asılı olaraq bir-birindən fərqlənsə də, müxtəlif növləri və onların işləmə prinsipi arasında ciddi fərq yoxdur. Seçim etmədən öncə onların texniki xüsusiyyətləri barədə tam məlumatlı olmalısınız, bu sizə alış-veriş zamanı daha rahat və asanlıqla seçim etməkdə çox kömək olacaqdır. İlk növbədə onu qeyd edək ki, domofon sistemləri öz özlüyündə girişə nəzarət və girişin məhdudlaşdırılması sistemidir. Ona görə də bir çoxları avtomatik qadağa qoyan cihazlarla birgə təchiz edilirlər və ya həmin cihazların sistemi isə inteqrasiya halında quraşdırılırlar. Domofonlar hesabına evə və yaxud digər məkana giriş və yaxud çıxış məhdudlaşdırılır, bu məhdudlaşdırılma isə radio siqnal və ya naqillər hesabına baş verir. Bizim qısaca izah etdiyimiz işləmə prinsipi nümunəsi sadə quruluşlu domofonlara aiddir, daha mürəkkəb sistemlər isə bütün bir binanın giriş-çıxışını məhdudlaşdıra bilir ki, bu da haqqında danışdığımız ev alətlərinin sırf təhlükəsizlik baxımından çox yararlı olduğunu bir daha sübut edir. Müasir çox mənzilli yaşayış binalarında tez-tez istifadə edilən domofonlar aşağıdakı funksiyalara malik olurlar:
Audio funksiyası- binanın blokunda quraşdırılmış əlaqə üçün cihaz bir başa evin içi ilə bağlanmış olur ki, bu da sizə binaya giriş-çıxışı öz mənzilinizdən çıxmadan belə tənzimlənməyə imkan verir.
Təhlükəsizlik əlaqələndirməsi-Domofonların bu funksiyaya malik olduqda, onlar yanğın, oğurluq və digər xoşagəlməz halların təsirlərinin azaldılmasından ötrü əlaqədar orqanlara məlumatların dərhal ötürülməsini nəzarətdə saxlayaraq mümkün fövqəladə halların təsirinin minimuma endirilməsində mühüm rol oynayırlar.
Monitorinq sistemi-Bu texniki xüsusiyyət isə kənar şəxslərin müəyyən edilməsi üçün video müşahidə aparılaraq nəticələr qeydə alınıb incələnməsini və lazımi informasiyanın ötürülməsini təmin edirlər.
Mürəkkəb funksiyaya malik domofonlar çox mənzilli binalarda istifadə edilsə də, bu o demək deyil ki, onların şəxsi evlərdə də istifadəsinə ehtiyac yoxdur. Əslində onlar ilk növbədə təhlükəsizlik təminatçısı rolunda çıxış etdiyi üçün, onlar həm şəxsi evlərdə, həm də mənzillərdə quraşdırılması vacib olan cihazlardan biridir. Məsələn şəxsi evlərdə darvazada quraşdırılmış sadə və ya mürəkkəb sistem darvazanı evdən çıxmadan açmağa və lazım gəldikdə giriş-çıxışı məhdudlaşdırmağa imkan verir.
Elektron bir avadanlıq olduğundan digər bütün elektron avadanlıqlar kimi onu da seçərkən onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır. Həmçinin domofonun kənarda yerləşdirilən qurğusu möhkəm və dözümlü materialdan olmalıdır. Xüsusən bu qurğu blokda deyil, açıq havada quraşdırılacaqsa qoruyucularla təchiz edilməsi ən vacib şərtdir. Bu qoruyucular onu müxtəlif dəyişkən havanın təsirlərindən, sınmadan, qırılmadan, əzilmədən, islanmadan və digər hallardan mühafizə olunmasından ötrü vacibdir. Domofonun məkanın içərisində yerləşdirilən hissəsi isə kifayət qədər praktiki olmalıdır.
Domofon seçimində standartların vacibliyi
Bundan əlavə seçərkən diqqət ediləcək məqam standartlardır, çünki bütün elektrik malları kimi onun da istehsalı və istismarı bir standarta əsaslanır. Beynəlxalq standartlara uyğun olaraq istehsal edilmiş domofon sistemləri, belə standarta uyğun olmadan buraxılan cihazlardan əlbəttə ki, üstün olacaqdır. Çünki standarta uyğun cihaz həm uzunmüddətli istifadəyə daha yararlı olur, həm də beynəlxalq standartlara uyğun olan domofonlar xarab olduqda onun təmiri üçün mütəxəssis tapmaq daha asan olur.
Görünüş və funksionallığın önəmi
Seçiminizə təsir edən digər bir amil onun görünüşüdür. Elə seçim etməlisiniz ki, onun evin içərisində yerləşdirəcəyiniz qurğusu mənzilinizin interyeri və dizaynı ilə ahəngdə olsun. Həmçinin, onun funksionallığına da diqqət yetirmək önəmlidir, belə ki, onun malik olduğu funksiyaların hər biri praktiki əhəmiyyət daşımalıdır. Elə hallar ola bilər ki, əldə etmək istədiyiniz domofonun funksiyaları çox olsun, lakin sizin situasiyanızda buna elə də ehtiyac olmasın. Bu halda daha sadə quruluşa malik domofonlara üstünlük verməyinizi tövsiyə edərdik.

Tarix: 8 Jan 2022

Oxşar xəbərlər

Çap Məhsulları üçün Dizayn Trendləri Hər İl Necə Dəyişir?

Çap Məhsulları üçün Dizayn Trendləri Hər İl Necə Dəyişir?

Çap məhsulları üçün dizayn trendləri zamanla formalaşan estetik zövqlərin, texnoloji yeniliklərin, sosial davranışların və brendlərin kommunikasiya ehtiyaclarının birbaşa əksidir. Hər il bu trendlər ya köklü şəkildə yenilənir

Kanalizasiya problemlərinin yaranmasının 6 əsas səbəbi

Kanalizasiya problemlərinin yaranmasının 6 əsas səbəbi

Kanalizasiya problemləri ev və biznes obyektlərində ən çox rast gəlinən texniki çətinliklərdən biridir. Vaxtında müdaxilə olunmadıqda həm maddi zərərə, həm də gigiyenik risklərə səbəb ola bilər. Çox zaman insanlar problem

Peşəkar kanalizasiya təmizləmə xidməti niyə vacibdir?

Peşəkar kanalizasiya təmizləmə xidməti niyə vacibdir?

Kanalizasiya sistemi evin və ya obyektin görünməyən, amma ən vacib infrastruktur hissələrindən biridir. Çox zaman hər şey normal işlədiyi üçün bu sistemə diqqət yetirilmir və yalnız ciddi tıxanma və ya su daşması baş verdikd

Peşəkar evakuator xidmətinin üstünlükləri

Peşəkar evakuator xidmətinin üstünlükləri

Yolda qalmaq hər bir sürücünün qarşılaşa biləcəyi gözlənilməz və stresli hallardan biridir. Avtomobilin qəfil sıradan çıxması, yol-nəqliyyat hadisəsi və ya təkərin partlaması kimi vəziyyətlərdə düzgün və vaxtında göstərilə

Evakuator xidməti ilə bağlı ən çox verilən 5 sual

Evakuator xidməti ilə bağlı ən çox verilən 5 sual

Avtomobil sahiblərinin yolda qarşılaşa biləcəyi problemlər hər zaman gözlənilməz və streslidir. Belə anlarda evakuator xidməti sürücülər üçün əsl xilasedici rolunu oynayır. Lakin bir çox insan bu xidmətin necə işlədiyi, hans

Oturaq həyat tərzində masajın bədənə təsirləri hansılardır?

Oturaq həyat tərzində masajın bədənə təsirləri hansılardır?

Müasir dövrdə bir çox insan günün böyük hissəsini masa arxasında, kompüter qarşısında və ya avtomobildə keçirir. Bu cür oturaq həyat tərzi zamanla bədəndə müxtəlif narahatlıqlara səbəb ola bilir. Boyun tutulması, bel ağrıları

Müalicəvi masaj xidmətləri kimlər üçün nəzərdə tutulur?

Müalicəvi masaj xidmətləri kimlər üçün nəzərdə tutulur?

Müalicəvi masaj xidməti bədəndə yaranan funksional gərginlikləri azaltmağa, hərəkət keyfiyyətini yaxşılaşdırmağa və müxtəlif narahatlıqların yüngülləşdirilməsinə xidmət edən praktik dəstək üsuludur. Düzgün tətbiq olunduqd

Reklam materiallarında minimal dizaynın 5 üstünlüyü

Reklam materiallarında minimal dizaynın 5 üstünlüyü

Müasir dövrdə reklam işləri yalnız məhsul və ya xidmətin təqdimatı deyil, brendin xarakterini və dəyərlərini əks etdirən strateji ünsiyyət vasitəsidir. Bu prosesdə dizayn həlledici rol oynayır. Son illərdə minimal dizay

Fərdi səyahət planı ilə hazır tur paketi arasındakı 5 fərq

Fərdi səyahət planı ilə hazır tur paketi arasındakı 5 fərq

Səyahət planlaşdırarkən insanlar adətən fərdi səyahət planı hazırlamaq və ya hazır tur paketi almaq arasında seçim edirlər. Hər iki yanaşmanın öz üstünlükləri və çatışmazlıqları var və seçim şəxsi gözləntilərdən, büdcədə


tezbazar.az kurslar yuk dasima xidmeti soyuducu ustasi paltaryuyan ustasi kombi ustasi masazir xolodilnik ustasi elektrik temiri saytlarin yigilmasi mebeller sahdag turlari kimya